DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa səfirləri Rusiya aktivlərinin taleyini müzakirə edir

Kreml beynəlxalq hüququ pozan bu cür oğurluq hərəkətlərinin cavabsız qalmayacağını vurğulayıb.
Sputnik
BAKI, 24 iyul - Sputnik. Çərşənbə günü, iyulun 24-də Aİ-yə üzv 27 ölkənin səfirləri Avropa Komissiyasının Rusiya aktivlərinin "qeyri-müəyyən immobilizasiyası" ideyasını müzakirə edəcəklər.
Bu barədə Britaniyanın "Financial Times" qəzeti yazıb.
Qəzet yazıb ki, "Aİ-yə üzv olan 27 ölkənin səfirləri bu gün Avropa Komissiyasının "Rusiya Mərkəzi Bankının aktivlərinin qeyri-müəyyən müddətə immobilizasiyası" təklifini müzakirə etmək üçün bir araya gələcəklər".
Xatırladaq ki, Bloomberg-in məlumatına görə, Aİ Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərinin daha uzun müddətə dondurulması üçün iki variant hazırlayıb. Bu variantlar ABŞ-ın G7-nin Ukraynaya yardım üçün Rusiya aktivlərindən qazanc əldə etmək planı ilə bağlı narahatlıqlarını sakitləşdirmək üçün hazırlanıblar.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirmişdi ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin 1,4 milyard avro məbləğində birinci tranşı avqustun əvvəlində Kiyevə göndəriləcək. Bu pullar Ukrayna Silahlı Qüvvələri üçün silahların alınmasına sərf olunacaq. Kreml beynəlxalq hüququ pozan bu cür oğurluq hərəkətlərinin cavabsız qalmayacağını vurğulayıb.