RUSİYA

Zaxarova: Avropada sağçı qüvvələrin güclənməsi hakimiyyətlərin siyasəti ilə bağlıdır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyir ki, bu Aİ ölkələrində baxış bucağı əsas cərəyana uyğun gəlməyən insanların siyasi sahəyə daxil edilməməsi ilə əlaqədardır.
Sputnik
BAKI, 23 iyul — Sputnik. Avropada sağçı siyasi qüvvələrin güclənməsi açıq şəkildə baş verir və bu, hakim siyasi qüvvələrin əhalinin problemlərini həll edə bilməməsi ilə bağlıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Mən əmin deyiləm ki, biz qlobal sağa dönüş haqqında hər şey başa çatmış kimi danışa bilərik, lakin bu tendensiyaların sürətlənməsi indi aşkar olan faktdır", - Zaxarova deyib.

Onun sözlərinə görə, bu, Aİ ölkələrində baxış bucağı əsas cərəyana uyğun gəlməyən insanların siyasi sahəyə daxil edilməməsi ilə əlaqədardır. O, həmçinin qeyd edib ki, Avropadakı problemlər miqrasiya axını ilə kosmik səviyyəyə qədər kəskinləşir.
Zaxarova hesab edir ki, hakimiyyət mövcud problemləri həll etməyə başlayana qədər Avropada sağlar güclənməyə davam edəcək.
"Ümid etmək istərdim ki, onlar radikallaşmayacaqlar, lakin bu, yerli hakimiyyət orqanlarının, insanların artıq nəyə sövq edildiyini başa düşmək üçün nə dərəcədə həssas, çevik və müdrik olacağından asılıdır", - o deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.