BAKI, 23 iyul — Sputnik. İyulun 23-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 23-də kim anadan olub?
Maral Rəhmanzadə (1916-2008) - Azərbaycan SSR xalq rəssamıdır. Onun əsərləri bir çox ölkələrdə sərgilərdə nümayiş etdirilib, Moskvadakı Tretyakov Qalereyasında və digər xarici muzeylərdə saxlanılır.
Flora Kərimova (1941) - Azərbaycanın xalq artisti və müğənnisidir. Onun səsinin iş diapazonu dörd oktavadır. Müğənni estrada fəaliyyətinə 1960-cı illərin əvvəllərində başlayıb və bu günə qədər də davam edir.
Emil Yanninqs (1884-1950) - alman aktyoru və prodüseridir. O, ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülüb. O, "Hər şeyin yolu", "Son əmr", "Anna Boleyn" və s. filmlərdə rol alıb.
Emil Yanninqs
© AP Photo
Vudi Harrelson (1961) - ABŞ aktyoru, prodüseri və dramaturqudur. O, "Emmi" mükafatı laureatıdır. Aktyor "Ağ adamlar tullana bilmirlər", "Amansız qatillər", "Xalq Larri Flintə qarşı", "Burada qocalara yer yoxdur" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Vudi Harrelson
© AP Photo / Matt Sayles
Marlon Ueyans (1972) - ABŞ aktyoru, prodüseri, rejissoru və ssenaristidir. O, "Bir yuxu üçün rekviyem", "Qorxulu kino", "Hisssiz", "Qorxulu kino-2", "Kobranın yüksəlişi" və bir çox filmləri ilə tanınır.
Marlon Ueyans
© Richard Shotwell / Invision / AP
Daniel Redkliff (1989) – İngiltərə səhnə və kino aktyoru, prodüserdir. O, yazıçı Coan Roulinqin əsərləri əsasında çəkilmiş silsilə filmlərdə Harri Potter rolunun oyunçusu kimi tanınır. 2009-cu ildə Daniel Ginnesin rekordlar kitabına daxil edilib.
Daniel Redkliff
© AP Photo / Charles Sykes
Klava Koka (1996) - rusiyalı müğənni, bəstəkar və videoblogerdir. O, "İlin mahnısı", "TopHit awards", "Topical style awards" və bir çox mükafatların sahibidir.
23 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1901-ci ildə alman həkimi Robert Kox bubon taununun daşıyıcısının siçovullar olduğunu irəli sürüb.
1923-cü ildə Moskvada qraf N.P.Şeremetyev xəstəxanasının bazasında N.V. Sklifosovski adına Travmatologiya və Təcili Tibbi Yardım İnstitutu açılıb və bir müddət sonra bu xəstəxana N.V. Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunnun Təcili Tibbi Yardımıolaraq yenidən təşkil etmək edilib.
1951-ci ildə Rokenkortda (Fransa) NATO-nun qərargahı açılıb.
1983-cü ildə Şri-Lanka ordusunun 13 əsgəri "Tamil İlamin Azadlıq Pələngləri" təşkilatı tərəfindən pusquya salınaraq öldürülüb. Bu hadisə Şri-Lankada vətəndaş müharibəsinin başlanğıcı olub.