BAKI, 23 iyul — Sputnik. Qərbin Rusiyaya qarşı sanksiyaları uğursuzluğa düçar olub. Gələcəkdə onlar Avropa İttifaqının özünə zərər verə bilər.
Bu barədə Almaniya Maliyyə Nazirliyinin sifarişi ilə Avropanın dörd iqtisadi tədqiqat institutunun apardığı araşdırmalara istinadən "Handelsblatt" məlumat yayıb.
Qeyd olunub ki, Rusiya iqtisadiyyatı hərbi-sənaye kompleksinin inkişafı hesabına aktiv şəkildə artır. Ekspertlər hesab edirlər ki, sanksiyalar uzunmüddətli perspektivdə "yavaş zəhər" rolunu oynayacaqlar.
"Ayıq başla düşünülmüş nöqteyi-nəzərdən Qərbin sanksiya siyasəti uğursuzluq kimi qəbul edilməlidir", - materialda deyilib.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, Rusiya Federasiyası sanksiyalar şəraitində müdafiə sənayesinin fəaliyyətini təmin etmək üçün imkanlar tapıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ-ın anti-Rusiya sanksiyalarını beynəlxalq hüquq baxımından qeyri-legitim hesab edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.