RUSİYA

Rusiya DİN sürücülərin imtahansız kvadrotsikl sürməsini qadağan edəcək

Qaydaların pozulmasına görə cərimə 15 min rubla qədər olacaq.
Sputnik
BAKI, 23 iyul — Sputnik. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi (DİN) müvafiq imtahanlardan keçmədən kvadrotsiklləri və tritsiklləri idarə etmək üçün hüquqlarının alınmasını qadağan etməyi təklif edib. Nazirlik qanunvericiliyə əlavələr hazırlayıb.
Bu barədə Rusiya mediası xəbər verib.
Dəyişikliklər qəbul edildiyi təqdirdə "Sürücülük vəsiqəsinin qüvvəyə minməsi haqqında" əmr dəyişdiriləcəkdir.
Hüquqların alınmasının yeni qaydasına əsasən, "B1" kateqoriyalı vəsiqəyə malik olan sürücülər yalnız "A" kateqoriyasına üzrə imtahan verdikdə və ya motosiklet sükanı olan nəqliyyat vasitələri üzrə təlim keçdikdə motosiklet tipli nəqliyyat vasitələrini idarə edə biləcəklər.
Belə qaydaların pozulmasına görə cərimə 15 min rubla qədər olacaq.
Ötən il Rusiya Prezidenti Vladimir Putin "A" kateqoriyalı sürücülük vəsiqəsinin sahiblərinə heç bir məhdudiyyət olmadan kvadrotsikl idarə etməyə icazə verən qanun imzalayıb. Əvvəllər bunun üçün traktor sürücü vəsiqəsi və ya bu nəqliyyat vasitəsini idarə etmək üçün müvəqqəti icazə olmalı idi.