DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan və İran ölkələr arasında qarşılıqlı əlaqələri müzakirə ediblər

Bildirilir ki, söhbət zamanı tərəflər Qazaxıstan-İran münasibətlərini daha da möhkəmləndirmək üçün qarşılıqlı istəklərini təsdiqləyiblər.
Sputnik
BAKI, 23 iyul — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və onun iranlı həmkarı Məsud Pezeşkian telefonla ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti xəbər verir.

"Həmsöhbətlər ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq gündəmin aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - Qazaxıstan dövlət başçısının saytında dərc olunan məlumatda deyilir.

Bildirilir ki, söhbət zamanı tərəflər Qazaxıstan-İran münasibətlərini daha da möhkəmləndirmək üçün qarşılıqlı istəklərini təsdiqləyiblər. Qazaxıstan lideri iranlı həmkarını bu yaxınlarda keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona məsul dövlət vəzifəsində uğurlar arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.