RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov bunu beynəlxalq hüququn pozulması adlandırdı

Aİ diplomatiyasının rəhbəri Cozep Borrel ötən gün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro məbləğində vəsaitin avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcəyini bildirib.
Sputnik
BAKI, 23 iyul — Sputnik. Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Qərb dövlətləri tərəfindən Ukraynaya köçürülməsi beynəlxalq hüququn pozulmasıdır. Bun Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov deyib ki, bu pul təkcə oğurlanmayıb, həm də silahların alınmasına xərclənir:

"Moskva Rusiya Federasiyasının xarici aktivlərindən gələn gəlirlərin Ukraynaya silah almaq qərarına cavab verəcək".

Xatırladaq ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrel ötən gün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro məbləğində vəsaitin avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcəyini bildirib.
Onun sözlərinə görə, vəsaitdən Kiyev üçün hava hücumundan müdafiə sistemləri və mərmilərin alınması üçün istifadə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.