RUSİYA

"Dostluq" kəməri ilə Rusiyanın tərəfdaşlarına neft tədarükü davam edir – Novak

Rusiya Baş nazirin müavini qeyd edib ki, Rusiya "Dostluq" vasitəsilə neft nəqlini davam etdirməkdə maraqlıdır.
Sputnik
BAKI, 23 iyul — Sputnik. "Dostluq" boru kəməri ilə Rusiya neftinin tədarükü davam edir və RF tərəfdaşlarının nefti almağa davam etməsi istiqamətində işlər aparılır. Bunu Rusiya Baş nazirin müavini Aleksandr Novak jurnalistlərə deyib.

"Hazırda tədarüklər həyata keçirilir və biz onların davam etməsi üçün çalışırıq. "Drujba" vasitəsilə neft alan tərəfdaşlarımızın onu almağa davam etməsini təmin etmək üçün əlimizdən gələni edirik", - diplomat bildirib.

Baş nazirin müavini qeyd edib ki, Rusiya "Dostluq" vasitəsilə neft nəqlini davam etdirməkdə maraqlıdır.
"Biz, prinsipcə, enerji resurslarımızı tədarük etməkdə maraqlıyıq, xüsusən də Macarıstan, Slovakiya və Çexiya bu həcmlərdən imtina etmədiyinə görə, biz tədarükümüzü davam etdirəcəyik", - Novak vurğulayıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bu yaxınlarda "Lukoil" neftinin "Dostluq" neft kəməri ilə Ukraynadan nəqlini dayandırdığını bildirib.
Slovakiyanın İqtisadiyyat Nazirliyi Ukraynanın öz ərazisindən tranzitini dayandırdığı üçün respublikanın "Lukoyl"dan neft almasını dayandırdığını təsdiqləyib. Nazirlik qeyd edib ki, "Lukoyl" şirkəti Ukraynada sanksiyalar siyahısına daxil edilib.
Bildirilib ki, "Slovnaft" neft emalı zavodu (NEZ) Rusiya neftinin digər təchizatçıdan tədarükü ilə təmin olunub, lakin nazirlik Ukrayna tərəfi ilə mövcud vəziyyəti müzakirə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.