DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cənubi Koreya və ABŞ birgə hava təlimləri keçirir

Təlim müxtəlif növ müttəfiq təyyarələr arasında qarşılıqlı fəaliyyətin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş əsas döyüş manevrləri, yaxın hava dəstəyi, havadan tutma və hava hücumundan müdafiə üzrə təlimləri əhatə edəcək.
Sputnik
BAKI, 23 iyul — Sputnik. Cənubi KoreyaABŞ birgə döyüş qabiliyyətini gücləndirmək səyləri çərçivəsində ABŞ-ın F-35B F/A-18 döyüş təyyarələrinin iştirakı ilə birgə hava təlimlərinə başlayıblar, təlimlər avqustun 8-dək davam edəcək. Bu barədə xarici KİV məlumat məlumat yayıb
Cənubi Koreya Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, təlim Suvon aviabazasında keçiriləcək və burada ABŞ Dəniz Piyadaları Korpusunun F/A-18C/D və F-35B qırıcıları, həmçinin Cənubi Koreyanın F-15K, F-16, F-5, FA- 50 və KA-1 qırıcıları iştirak edəcək.
F-35, arxiv
Birgə hava təliminin ABŞ-Cənubi Koreya alyansı çərçivəsində müxtəlif tipli təyyarələrin pilotları arasında "qarşılıqlı anlaşmanı" artırmaq və onların birgə əməliyyatlar keçirmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıdığı bildirilir. Təlim müxtəlif növ müttəfiq təyyarələr arasında qarşılıqlı fəaliyyətin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş əsas döyüş manevrləri, yaxın hava dəstəyi, havadan tutma və hava hücumundan müdafiə üzrə təlimləri əhatə edəcək.
Yaponiyanın İvakuni şəhərində yerləşən 1-ci Dəniz Hava Diviziyasının 12-ci Hava Qüvvələrinə aid eskadronuna aid təxminən 10 F/A-18 təlimdə iştirak etmək üçün iyulun 10-da Suvon şəhərinə yerləşdirilib. F-35B-lər iyulun 24-də Osan bazasına aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.