CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhməd Əhmədovun məhkəmə prosesi təxirə salınıb

Ötən məhkəmə iclasında Əhməd Əhmədov törətdiyi cinayətdə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib.
Sputnik
BAKI, 23 iyul — Sputnik. Ailə üzvlərini öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəmə prosesi təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, Əhməd Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinə məhkəməyə gətirilmədiyinə görə proses 10 sentyabra qədər təxirə salınıb.
Xatırladaq ki, Əhməd Əhmədov Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunur.
23.07.24, 10:35
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, ötən məhkəmə iclasında Əhməd Əhmədov törətdiyi cinayətdə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.