DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ İranla ciddi danışıqlara hazır deyil - Rza Nəcəfi

Nəcəfinin sözlərinə görə, İranın seçilmiş prezidenti Məsud Pezeşkianın dövründə danışıqlar mütləq davam edəcək, lakin qarşı tərəf ciddi dialoqa hazır olmalıdır.
Sputnik
BAKI, 23 iyul — Sputnik. ABŞ daxili problemlərə görə İranla sanksiyaların ləğvi ilə bağlı ciddi danışıqlara hazır deyil, lakin tərəflər arasında danışıqlar hələ də dolayı formada aparılır. Bu barədə İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Rza Nəcəfi mətbuat konfransında bildirib.

"Bu danışıqlar (İran və ABŞ arasında - red.) hələ də dolayısı ilə aparılır, lakin biz başa düşürük ki, qarşı tərəf, ABŞ daxili problemləri səbəbindən sanksiyaların ləğvi məsələsi ilə bağlı ciddi danışıqlara hazır deyil", - o deyib.

Məhəmməd Rza Nəcəfi
Nəcəfinin sözlərinə görə, İranın seçilmiş prezidenti Məsud Pezeşkianın dövründə danışıqlar mütləq davam edəcək, lakin qarşı tərəf ciddi dialoqa hazır olmalıdır:
"Ona görə də biz görməliyik ki, gələcək ABŞ hökumətinin bununla bağlı siyasəti necə olacaq"
Təxminən iki həftə əvvəl Rusiyanın İrandakı səfiri Aleksey Dedov da analoji fikri ifadə edərək RİA Novosti-yə demişdi ki, İran deyil, Qərb ölkələri münasibətləri normallaşdırmaqdan danışmağa hazır deyillər. Diplomatın sözlərinə görə, Avropa dövlətlərinin hərəkətləri Tehranla kompromis tapmağa hazır olmadıqlarını göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.