BAKI, 22 iyul — Sputnik. İyulun 22-də Xəzərdə "CASAREX24" birgə axtarış və xilasetmə təlimləri başlayıb.
Məlumatı "Mehr" xəbər agentliyi yayıb.
Bildirilib ki, təlimdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya iştirak edir.
Məlumata görə, təlimin məqsədi regional əməkdaşlığı gücləndirmək və iştirakçı ölkələrin axtarış-xilasetmə əməliyyatlarının aparılmasına hazırlığını artırmaqdır.
İnformasiyaya əsasən, Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan, İran və Rusiya nümayəndələri təlimin müxtəlif mərhələlərində monitorinq aparacaq.