CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 22 iyul – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 22 iyul — Sputnik. İyulun 22-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 22-də kim anadan olub?
Fuad Muradov (1979) - Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir.
Fuad Muradov
Luiza Fletçer (1934-2022) amerikalı aktrisadır. O, daha çox "Oskar" və "Qızıl Qlobus" mükafatlarını aldığı "Ququ quşu yuvasının üzərindən uçarkən" adlı filmindəki tibb bacısı rolu ilə məşhurdur.
Luiza Fletçer
Mirey Matyö (1946) fransız müğənnisidir. Onun dünya üzrə 133 milyon albomu və 55 milyondan çox sinqlı satılıb. Müğənni "Pardonne-moi ce caprice d'enfant" mahnısını ifa etdikdən sonra 1970-ci ildə geniş populyarlıq qazanıb.
Mirey Matyö
Oleq Qazmanov (1951) - Sovet və Rusiya müğənnisi, bəstəkarı, şair, aktyor və RF xalq artistidir.
Oleq Qazmanov
Willem Dafoe (1955) - ABŞ aktyorudur. O, "Taqım" filmindəki ABŞ ordusunun serjantı Qordon Elays roluna, eləcə də "Missisipi alovda", "İngilis pasient" kimi filmlərdə baş və köməkçi rollara görə dünya miqyasında tanınıb.
Willem Dafoe
Detsl (1983-2019) - Rusiyanın rep sənətçisi, mahnı müəllifi, bəstəkar, aktyor və şairdir. Onun əsl adı Kirill Tolmatskiydir. O, Rusiyanın ən nüfuzlu hip-hop sənətçilərindən biri olub.
Detsl
Selena Qomez (1992) amerikalı müğənni, bəstəkar, aktrisa, prodüser və sahibkardır. Selena 2007–2012-ci illərdə "Disney Channel"in istehsalı olan "Veyverli Pleysli sehrbazlar" sitkomunda baş rola çəkilib və bu serialdakı Aleks Russo obrazına görə yeniyetmələr arasında məşhurluq qazanıb.
Selena Qomez
22 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1875-ci ildə Bakıda "Əkinçi" qəzetinin ilk nömrəsi nəşr olunub və bununla da Azərbaycan milli mətbuatının əsası qoyulub. Qəzet görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə çap olunub. Ümumilikdə 56 sayı buraxılıb. Heydər Əliyevin fərmanı ilə 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.
1894-cü ildə Fransada ilk avtomobil yarışı – "Paris-Rouen Trail" keçirilib.
1944-cü ildə ABŞ-da keçirilən valyuta -maliyyə konfransında Beynəlxalq Valyuta Fondu yaradılıb.
1990-cı ildə ümummilli lider Heydər Əliyev Moskvadan Naxçıvana gəlib.