CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta dollar satmaqda təqsirləndirilən qadına hökm oxundu

Səadət Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 204.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Sputnik
BAKI, 22 iyul — Sputnik. Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən Səadət Məmmədovaya hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, o, yeddi il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, S. Məmmədova pulların saxta olmasından məlumatı olmayan tanışları ilə Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən xarici valyutanı satış məqsədilə əldə edib və Azərbaycana gətirib.
İş üzrə dörd nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Səadət Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 204.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.