AZƏRBAYCAN XƏBƏRLƏRİ

Neçə nəfərin deputatlığa namizədliyi irəli sürülüb? Pənahov son rəqəmləri açıqladı

Deputatlığa namizədliyi irəli sürülənlərdən 700 nəfərin namizədliyi təsdiqlənib.
Sputnik
BAKI, 22 iyul — Sputnik. İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1048 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Deputatlığa namizədliyi irəli sürülənlərdən 700 nəfərin namizədliyi təsdiqlənib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.