BAKI, 22 iyul - Sputnik. Son iki il ərzində ABŞ Məxfi Xidməti keçmiş prezident Donald Trampın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müraciətləri rədd edib.
Bu barədə “The New York Times” departament rəsmisi Entoni Qulyelminin bəyanatına istinadən yazıb.
Gizli Xidmət Trampın təhlükəsizlik bölməsindən əlavə federal resurslar üçün müraciətləri rədd etdiyini etiraf edib. Xidmətin rəhbərliyi ABŞ-ın keçmiş prezidentini qorumaq üçün əlavə qüvvələr ayıra bilməyəndə, o, hüquq-mühafizə orqanlarından adamlar göndərir və ya təhlükəni azaltmaq üçün təhlükəsizlik planlarını dəyişdirirdi.
Qulyelmi əlavə edib ki, bununla belə, təhlükəsizliyin artırılması ilə bağlı tələblər Ağ Evin keçmiş rəhbərinin yaralandığı Pensilvaniyada keçirilən tədbirə şamil edilməyib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidentinin həyatına sui-qəsd iyulun 14-də Pensilvaniyadakı seçki mitinqində baş verib. Hücum edən şəxs tüfəngdən bir neçə dəfə atəş açaraq Trampı qulağından yaralayıb. Güllə respublikaçının başından bir santimetr aralıdan keçib. Atışma anı videoya düşüb. Keçmiş ABŞ lideri hadisəyə baxmayaraq, “şərlə” siyasi mübarizəni davam etdirəcəyini vəd edib.
Bu arada Trampa qarşı sui-qəsdin yeni təfərrüatları məlum olub və təhlükəsizlik siyasətində “heyrətləndirici boşluqlar” ortaya çıxıb.
14.07.24, 08:53
Donald Trampa sui-qəsd edilib - VİDEO
ABŞ-nin Federal Təhqiqatlar Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu “sui-qəsd cəhdi” kimi təsnifatlandırıb.
Bu barədə ABŞ KİV-ləri məlumat yayıb. Rəsmilər şübhəli şəxsin təkbaşına hərəkət etdiyi qənaətindədir. Onun niyyəti hələlik müəyyənləşdirilməyib.
Trampın Pensilvaniya ştatındakı mitinqində atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb.
“Şübhəli şəxs güman edilən atəşdən sonra Gizli Xidmət tərəfindən zərərsizləşdirilib”, – CBS telekanalının sosial şəbəkə hesabında qeyd olunub.
Hadisə nəticəsində mitinq iştirakçılarından da bir nəfərin öldüyü bildirilir.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı ona atəş açılıb. Tramp sağ qulağından yaralanıb. O, sui-qəsddən dərhal sonra cangüdənlərinin köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb.
Co Bayden Trampa sui-qəsdi pisləyib
ABŞ Prezidenti Cozef Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib.
Bu barədə Amerika liderinin bəyanatında bildirilib.
“Pensilvaniyada Donald Trampın mitinqində atəşin açılması ilə bağlı mənə məlumat verilib. Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik”.
Dövlət başçısı “Amerikada bu cür zorakılığa yer olmadığını” bildirərək amerikalıların “bunu pisləmək üçün bir millət kimi birləşməli” olduğunu vurğulayıb.
Sui-qəsd zamanı iki nəfər həlak olub
ABŞ-nin Pensilvaniya ştatında mitinq zamanı prezidentliyinə namizəd Donald Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub.
Dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər. Prezident, həmçinin Trampın seçkilərdəki rəqibi Cozef Bayden də hadisəni pisləsə də, bunu “sui-qəsd cəhdi” adlandırmağa tələsməyib.
***
ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı sui-qəsd olub.
Mitinqin canlı yayımı siyasətçinin YouTube kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın sağ qulağından yaralandığı əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb. Atəş açanın kimliyi məlum deyil, o hələ yaxalanmayıb.