RUSİYA

Bayden dünyada yaratdığı problemlərdən qaçır - Volodin

Volodin Baydenin Ukraynada münaqişənin başlamasına, Avropa ölkələrinin iqtisadiyyatlarını məhv etməsinə, həmçinin Rusiya və digər ölkələrə qarşı sanksiya siyasətinə görə məsuliyyət daşımasını tələb edib. O qeyd edib ki, Bayden bir çox qurbanlara görə məsuliyyət daşıyır.
Sputnik
BAKI, 22 iyul — Sputnik. Beynəlxalq səhnədə və ölkə daxilində bir çox problemlər yaradan ABŞ Prezidenti Co Bayden qarşıdan gələn prezident seçkilərində gözlənilən məğlubiyyətinin fərqindədir. Bu səbəbdən də o, yarışdan çəkilmək qərarına gəlib.
Bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Kubaya səfəri zamanı deyib.
Volodinin sözlərinə görə, yenidən seçilmək şansı az olan Bayden seçkiləri gözləmədən getməyə qərar verib.
Volodin Baydenin Ukraynada münaqişənin başlamasına, Avropa ölkələrinin iqtisadiyyatlarını məhv etməsinə, həmçinin Rusiya və digər ölkələrə qarşı sanksiya siyasətinə görə məsuliyyət daşımasını tələb edib. O qeyd edib ki, Bayden bir çox qurbanlara görə məsuliyyət daşıyır.
Xatırladaq ki, Bayden bu qərarın partiyanın və ölkənin tələblərinə cavab verəcəyini əsas gətirərək ikinci müddətə namizəd olmamaq niyyətini rəsmən açıqlayıb. Bununla belə, o, hazırkı səlahiyyət müddəti başa çatana qədər prezident kimi fəaliyyətini davam etdirəcək.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Amerikanın hazırkı lideri Co Baydenin seçki yarışında iştirakdan imtina etməsini şərh edib.