CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokuror: 8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub

Kamran Əliyevin sözlərinə görə, özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsi ödətdirilib.
Sputnik
BAKI, 22 iyul — Sputnik. Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.
Bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.
Kamran Əliyevin sözlərinə görə, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunub.
8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.