CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 21 iyul – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 21 iyul — Sputnik. İyulun 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 21-də kim anadan olub?
Məmmədbağır Bağırzadə (1950-2005) - Azərbaycanın xalq artisti, müğənni və bəstəkardır. Onun repertuarında əsasən Azərbaycan xalq mahnıları, muğamlar və təsniflər üstünlük təşkil edib.
Məmmədbağır Bağırzadə
Ernest Heminquey (1899-1961) - amerikalı yazıçı və jurnalistdir. O, 1954-cü il ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır.
Ernest Heminquey
Pyotr Şerbakov (1929-1992) - Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR xalq artistidir. O, "İşdə məhəbbət macərası", "Qaraj", "Qaqrada qış axşamı" və s. filmlərdə rol alıb.
Pyotr Şerbakov
Mixail Zadornov (1948-2017) - Sovet və Rusiya satirik yazıçısı, dramaturq, yumorist, aktyor, rejissor və ssenaristdir. O, lirik və satirik hekayələrin, oçerklərin və pyeslərin müəllifidir.
Mixail Zadornov
Robin Vilyams (1951-2014) - amerikalı aktyor, ssenarist, prodüser və komediyaçıdır. Aktyor "Cumanci", "Ağıllı Vill Hantinq" və s. filmləri ilə tanınır.
Robin Vilyams
21 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1718-ci ildə Avstriya-Türkiyə və Türkiyə-Venesiya müharibələrinə son qoyan Pojarevas sülh müqaviləsi bağlanıb.
1774-cü ildə Rusiya və Osmanlı İmperiyası 1768-1774-cü illərin Rusiya-Türkiyə müharibəsinə son qoyan Kiçik Qaynarca sülh müqaviləsi bağlanıb.
1883-cü ildə Rusiyada ilk Bereznikovski soda zavodu istifadəyə verilib.
1904-cü ildə Rusiyada 13 il davam edən Trans-Sibir Dəmir Yolunun tikintisi başa çatdırılıb. Dəmir yolunun rəsmi açılışı 1905-ci ilin yanvarın 1-də baş tutub.
2010-cu ildə Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodu istifadəyə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.