BAKI, 21 iyul - Sputnik. Qərb dövlətlərinin Rusiya Federasiyasına qarşı sanksiyaları cinayətdir.
Bunu Nikaraqua Prezidenti Daniel Orteqa Vyaçeslav Volodinlə görüşdə bəyan edib.
O vurğulayıb ki, bu məhdudlaşdırıcı tədbirlər bütün dünyanı, eləcə də onların təşəbbüskarlarını da zəiflədir.
"Onlar başa düşmürlər ki, iqtisadi və maliyyə sahəsindəki cinayətkar fəaliyyətləri təkcə özlərini deyil, bütün dünyanı zəiflədir" - Orteqa bildirib.
Volodin Nikaraqua lideri ilə görüş keçirərək, Rusiya Prezidenti Vladimir Putinin səmimi salamlarını və mesajını çatdırıb.
Bundan əlavə, Dövlət Dumasının spikeri görüş zamanı Putinin müraciətini oxuyub. Müraciətdə dövlətlər arasında münasibətlərin “strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf etdiyi” bildirilir.
Daha əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, Nikaraqua ilə Rusiya Federasiyası arasında münasibətlər pik həddindədir və sistem xarakterlidir.