DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayıb

Sankt-Peterburqa ən yaxın olan Vaalimaa keçid məntəqəsi Finlandiya və Sovet İttifaqı arasında ilk sərhəd keçid məntəqəsi kimi 1958-ci ildə açılıb.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Finlandiya Quru Qoşunları Sərhəd Mühafizəsi ilə birgə Rusiya ilə sərhəd rayonlarında təlimlər keçirir.
Bu barədə Finlandiya Quru Qoşunlarının qərargahının mətbuata açıqlamasında bildirilir.
“Cənub 2/24” təlimində təxminən 1 700 nəfər və 300-ə yaxın texnika iştirak edir.
Təlimlər səbəbindən Vaalimaa keçid məntəqəsinə gedən avtomobil yolu avqustun əvvəlinə qədər bağlanacaq.
Sankt-Peterburqa ən yaxın olan Vaalimaa keçid məntəqəsi Finlandiya və Sovet İttifaqı arasında ilk sərhəd keçid məntəqəsi kimi 1958-ci ildə açılıb. Bu, Avropa İttifaqının ən işlək quru sərhəd keçid məntəqələrindən biridir. Finlandiya Nazirlər Kabinetinin qərarı ilə 2023-cü ilin noyabr ayının sonundan etibarən Rusiya ilə sərhəddəki bütün yol keçid məntəqələri növbəti xəbərdarlığa qədər bağlanıb.
04.03.24, 18:18
Finlandiya və İsveç Rusiya sərhədləri yaxınlığında hərbi təlimlərdə iştirak edəcək
NATO üzvləri Finlandiya və İsveç Rusiya sərhədi yaxınlığında keçiriləcək "Nordic Response 2024" hərbi təlimlərində iştirak edəcək.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Martın 4-dən 15-dək Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçiriləcək təlimlərdə 13 ölkədən - Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ-dan 20 mindən çox hərbçi iştirak edəcək.
Təlimlərdə Finlandiyadan 4,1 min əsgər və 700-ə yaxın texnika, İsveçdən isə 4,5 min şəxsi heyət iştirak edəcək.
Macarıstan üzvlük ərizəsini ratifikasiya etdikdən sonra İsveç, faktiki olaraq NATO-ya üzv olub. Alyansa qoşulma aktının rəsmi imzalanması yaxın günlərdə baş tutacaq.
"Nordic Response 2024" bir neçə ay davam edəcək "Steadfast Defender 2024" təlimlərinin bir hissəsidir. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, bu cür təlimlər hərbi insident riskini artırır. Departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər qeyd edib ki, "Nordic Response" təlimləri gərginliyi artırır.
Kreml NATO-nun genişmiqyaslı təlimlərini təhlükəsizliyə təhdid kimi qiymətləndirib. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, alyans qarşıdurma aləti kimi yaradılıb. Hazırda təşkilat öz rolunu yerinə yetirməkdə davam edir.