BAKI, 21 iyul - Sputnik. Araz çayı üzərində bənd tikintisi ilə bağlı layihə sənədləri Türkiyə ilə razılaşdırılma mərhələsindədir. Bu barədə Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
“Araz çayının əvvəlki məcrasına qaytarılması üçün Burastan və Araksavan icmalarının ərazisində bəndin tikintisinə gəlincə, bildiririk ki, layihə sənədləri Türkiyə tərəfi ilə razılaşdırılma mərhələsindədir” - nazirlik qeyd edib.
İlin əvvəlində “Sputnik Ermənistan”ın əvvəlki sorğusuna cavab olaraq departament bildirmişdi ki, layihə sənədlərinin Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə, lazım gələrsə, Türkiyə tərəfi ilə razılaşdırılması üçün müzakirələr aparılır.
Araz çayını Araksavan və Burastan icmaları ərazisində əvvəlki məcrasına qaytarmaq üçün bənd tikintisinin dəyəri təxminən 1 milyon dollar olacaq.
Xatırladaq ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və nəticədə təxminən 330 hektar ərazisi olan ada əmələ gəlib. Problemlərin qarşısını almaq üçün nazirlik çayın sularını əvvəlki məcrasına yönəltmək üçün Araz çayının hazırkı yatağında uzunluğu təxminən 130 m və dərinliyi 8 m olan bənd tikməyi təklif edib.