BAKI, 21 iyul - Sputnik. Bir sıra Avropa İttifaqı ölkələri Türkiyədən pilotsuz uçuş aparatları (PUA) sifariş edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Xüsusən də Qərb ölkələri bir-birinin ardınca sifarişlər verirlər. Məhz hansı ölkələr olduğunu deməyəcəm, amma fakt budur ki, Avropa ittifaqı ölkələrinin bizə bu sifarişləri verməsi zamanın necə dəyişdiyini göstərir. Bu da bizi sevindirir” - Ərdoğan jurnalistlərə deyib.
Türkiyə prezidenti xatırladıb ki, Türkiyə artıq öz peykini yaradıb və onu kosmosa göndərib, hazırda isə öz təyyarəsini yaradır.