BAKI, 20 iyul — Sputnik. Sardiniya adasındakı Kalyari Universitetinin alimləri müəyyən ediblər ki, enerji içkiləri ilə birlikdə spirtli içkilərin tez-tez qəbulu orqanizmə ciddi ziyan vura bilər. Bu barədə "Neyrofarmakologiya" xəbər verib.
Tədqiqat çərçivəsində alimlər müxtəlif kombinasiyalarda alkoqol və enerji içkiləri verilən dörd qrup siçovulu müşahidə ediblər. Bundan əlavə, bir qrup yalnız təmiz su içib.
Test nəticələri göstərib ki, enerji içkiləri ilə birlikdə spirt verilən siçovullarda yaşla yaddaş və öyrənmə qabiliyyəti pisləşir. Bu kokteyllər müvəqqəti olaraq sinir funksiyasının bir neçə aspektini gücləndirib, lakin uzun müddət ərzində beyinə mənfi təsir göstərib.
Əvvəllər yüksək dozada enerji içkisi içməyin hipertoniya, ürək-damar xəstəliyi, diabet və digər xəstəliklərin inkişafı riskini artırdığı barədə məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.