RUSİYA

Rusiya hərbi nümayəndə heyəti KXDR niyə səfər edib? - Peskov açıqladı

Daha əvvəl KXDR-in dövlət radiostansiyası Şimali Koreya lideri Kim Çen Inın müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyətini qəbul etdiyini bildirib.
Sputnik
BAKI, 19 iyul — Sputnik. Rusiya hərbi nümayəndə heyətinin KXDR-ə səfəri Rusiya prezidenti Vladimir Putinin Pxenyana rəsmi səfəri nəticəsində əldə olunmuş razılaşmalara uyğun olaraq həyata keçirilir. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Daha əvvəl KXDR-in dövlət radiostansiyası Şimali Koreya lideri Kim Çen Inın müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyətini qəbul etdiyini bildirib.

"Prezident Putinin Pxenyana bu yaxınlarda rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi çox zəngin, mənalı və məhsuldar idi. ndi isə tərəflər əldə olunmuş razılıqların həyata keçirilməsi ilə məşğuldurlar. Qeyd etdiyiniz nümayəndə heyətimizin səfəri həmin razılaşmalara uyğun olaraq həyata keçirilir", - deyə Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, Putin 18-19 iyun Şimali Koreyaya səfər edib. Orada hakimiyyətlər arasında həm geniş, həm də dar tərkibdə danışıqlar aparılıb. Artıq qeyd edildiyi kimi, Rusiya rəhbəri KXDR lideri Kim Çen Inla birlikdə Rusiya liderinin fundamental sənəd adlandırdığı tərəfdaşlıq sazişi imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.