BAKI, 20 iyul - Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) nümayəndəsi Murad Camalov deyib ki, Azərbaycan güclü quraqlıq riskinə görə dünyada 18-ci yeri tutur.
"Azərbaycan 2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə qlobal miqyasda 18-ci yerdədir. İqlim modellərinə əsasən, 2020-2040-ci illərdə temperaturun 0,5-2,5 dərəcə yüksələcəyi və yağıntıların 10-20 % azalacağı proqnozlaşdırılır", - Agentlik rəsmisi qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparıldığını bildirib.
Azərbaycanda ekspertlər həyəcan təbili çalır. Müxtəlif dövlət qurumlarının hesablamalarına görə, respublika 2040-cı ilə qədər qlobal quraqlığa məruz qalacaq ölkələr sırasında olacaq.
Bəhreyn dünyada şiddətli quraqlıq riskinə görə birinci yerdədir. Bu siyahıda Küveyt ikinci, Qətər üçüncüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.