DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ayda elmi baza qurmaq üçün yararlı mağara tapılıb

Alimlər müəyyən ediblər ki, eni 45 m, uzunluğu 80 m-ə qədər olan mağara 150 m dərinlikdə yerləşir. Onun sahəsi 14 tennis kortuna bərabərdir.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Tədqiqatçılar Ay planetində gələcək bazanı qurmaq üçün potensial olaraq uyğun gələ biləcək böyük bir yeraltı mağaranın olduğunu aşkar ediblər. Bu barədə "The Guardian" yazıb.
Mağara 1969-cu ildə astronavtlar Nil ArmstronqBazz Oldrinin "Apollon 11" missiyasına endikləri yerdə, Sakitlik dənizinin yaxınlığında yerləşir.
Alimlər müəyyən ediblər ki, eni 45 m, uzunluğu 80 m-ə qədər olan mağara 150 m dərinlikdə yerləşir. Onun sahəsi 14 tennis kortuna bərabərdir.
Çuxur alimlərə Ay mühitinin sərt şərtlərindən qaçmaq üçün sığınacaq kimi xidmət edə bilər. Belə mağaraların daxilində temperatur nisbətən sabitdir, astronavtlar günəş radiasiyasından və mikrometeoritlərdən qorunacaqlar. Mağaralarda uzunmüddətli Ay missiyaları və kolonizasiya üçün lazım olan buz ola bilər.
Tədqiqatçılar mağaranın içindəki qayaları tədqiq etmək niyyətindədirlər, çünki onlar Ayın əmələ gəlməsi və onun vulkanik tarixi ilə bağlı suallara cavab verə bilər.
Bundan əvvəl Rusiyalı Oleq Kononenkonun kosmosda 1000 gün qalan ilk insan olduğu barədə xəbər verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.