TƏHLİL

Ukrayna ordusu hazırlıqsız mövqelərə tərəf geri çəkilir

"Müttəfiqlər" Ukraynanı sözün hərfi mənasında məhvə məhkum edir.
Sputnik
Ukrayna hərbi əməliyyatlar teatrında əhəmiyyətli atəş, taktiki və strateji üstünlüyə malik olan Rusiya qoşunları Dnepr çayının sol sahilini Ukrayna Silahlı Qüvvələrindən (USQ), banderaçılardan və xarici muzdlulardan inamla azad edir. Düşmən böyük itki verir və bir həftədən sonra onlar Vosxod, Urojaynoye, Leninskoye yaşayış məntəqələrindən uzaqlaşdırılır. Növbəti Krasnoqorovkadır. Toretsk şəhərinin kənarlarında şiddətli döyüşlər gedir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 16-da Ukrayna qoşunlarının Urojaynoye və Krınkidən geri çəkilməsini gec etiraf edib. Rusiya Ordusu Urojaynoye (Donetsk) kəndini iki gün əvvəl, Krınki kəndini (Xerson) isə hələ fevralda azad edib.
Ukrayna komandanlığı Krasnoqorovkadan 79-cu hava hücumu briqadasının və 59-cu motoatıcı "intihar briqadası"nın qalıqlarını çıxarır. Rusiya qoşunları artıq şəhər ərazisinin 90 faizinə nəzarət edir. 59-cu briqadanın "unudulmuş" bölmələri yanğın atəşinə məruz qalıblar və demək olar ki, məhv olmağa məhkumdurlar. Bu yaxınlarda Rusiya Silahlı Qüvvələri Oçeretinodan 5 kilometr qərbdə yerləşən Vosxod kəndini azad ediblər.
Pivdennoyedən (Leninskoye) Toretsk (Dzerjinska) istiqamətində geri çəkilən USQ-nin bölmələrinin əvvəlcədən hazırlanmış ehtiyat mövqeləri yoxdur. Bununla yanaşı, Toretsk Ukrayna müdafiəsinin sabitliyi üçün kritik dərəcədə vacibdir, onun tezliklə azad edilməsi Rusiya ordusu üçün Konstantinovka, Drujkovka, Kramatorsk və Slavyanskaya yolu açır və ümumiyyətlə xüsusi hərbi əməliyyatın (XHƏ) gedişini sürətləndirir.
İyulun 16-da Odessa yaxınlığındakı Naberejnoye kəndində Ukrayna Silahlı Qüvvələrinin dronlarının və təyyarələrinin olduğu anqarlara yüksək dəqiqlikli zərbələr endirilib. Bu bölgədə Rusiyanın "İsgəndər-M" əməliyyat-taktiki raket kompleksləri üçün bir çox prioritet hədəflər var. Bu yaxınlarda Odessa vilayətində iki "Patriot" zenit raket kompleksinin (ZRK) buraxılış qurğusu və USQ-nin istiqamətləndirici radar stansiyası darmadağın edilib. Xerson vilayətində raket avadanlıqlarında (ATACMS əməliyyat-taktiki raket sistemi) üç HIMARS reaktiv yaylım atəşi sistemi (RYAS) və Ukrayna ordusuna verilən on xarici mütəxəssis məhv edilib. Rusiyanın "İskəndər"ləri və "Geran"ları eyni dərəcədə düşmənin NATO F-16 təyyarələrini yerləşdirmək üçün "hava hücumundan müdafiə qübbəsi" yaratmağa çalışdığı Starokonstantinov aerodromunda (Xmelnitski bölgəsi) metodik şəkildə işləyirlər. Rusiya sərhədindən 16 km məsafədə yerləşən Sumı vilayətində USQ-yə məxsus hərbi texnika kolonnası tez və effektiv şəkildə məhv edilib.
Ukrayna üzərində Britaniyanın "Grob" təyyarəsi
Gündəlik yüksək dəqiqlikli raket (aviasiya) zərbələri, Rusiya Silahlı Qüvvələrinin qərb istiqamətində geridönməz irəliləməsi fonunda NATO-nun istəyi və Kiyev rejiminin 2024-cü ilin payızında Ukrayna Silahlı Qüvvələrinin bir növ əks-hücumunu təşkil etmək niyyəti Ukrayna dövlətçiliyi üçün qeyri-real və intihara meyilli görünür.
Ukrayna Silahlı Qüvvələrinin itkiləri artır. ABŞ-ın maraqları uğrunda iyul ayında gündə təxminən 2000 Ukrayna hərbçisi həlak olur. Ümumiyyətlə, XHƏ zamanı Rusiya qoşunları tərəfindən düşmənin 628 təyyarə, 277 helikopter, 27,709 pilotsuz uçuş aparatı (PUA, dron), 552 zenit-raket kompleksi, 16,602 tank və digər zirehli döyüş texnikası, 1379 RYAS qurğusu, 12013 səhra artilleriyası və 23 mindən çox xüsusi avtotexnikası məhv edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatları göstərir ki, onlarla NATO ölkəsinin və onlara qoşulan "donorların" hərbi yardımı mənasız olub - Ukraynanın proksi-ordusu və kollektiv Qərb açıq şəkildə Rusiya ilə müharibədə uduzur.
İngiltərənin "Army Technology" nəşri Rusiya statistikasını tamamlayır: "NATO üzvləri və Ukraynanın digər müttəfiqləri L118 kimi 105 mm-lik qısa mənzilli taktiki platformalarfan tutmuş 805-dən 947-dək artilleriya qurğusuna və RYAS-ədək, həmçinin 155 mm-lik orta mənzilli haubitsalardan tutmuş uzaqmənzilli RYAS-lərədək olan, xüsusən də artıq mövcud olmayan HIMARS və ya M270 sistemlərini veriblər".
Ukrayna üzərində görünən İngiltərə Hərbi Hava Qüvvələrinin Grob G120TP-A Prefect T1 təlim-pilot təyyarəsindən mistik məna qaynaqlanır. İyulun 16-da İngiltərənin "Tabut" təyyarəsi Nikolayev, Kirovoqrad, Xarkov, Sumı və Çerniqov vilayətləri üzərindən uçub və gecə Zakarpatskaya vilayətinin Çabanovka kəndi ərazisindəki radarlarından (Flightradar) yoxa çıxıb. Təxminən eyni vaxtda ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynadakı böhranın səbəblərini aradan qaldırmaq tələbini rədd edib, çünki Pentaqonun bioloji laboratoriyaları, NATO qoşunları, Rusiya sərhədlərindəki təyyarələr və raketlər "demokratiya"dır.
Bu yaxınlarda Rusiya Böyük Britaniyanın Baş naziri Kira Starmerə xəbərdarlıq edib: Ukrayna Silahlı Qüvvələrinə tədarük edilən silahlarla Rusiya ərazisinə hücum etməyə icazə verdiyinə görə Birləşmiş Krallıq cavab verməli olacaq. Ertəsi gün İngltərənin Müdafiə Nazirliyi Starmerin Rusiyaya "Storm Shadow" raketləri ilə zərbə endirmək icazəsini rədd edib. Onsuz da Rusiyanın qələbəsi Avropa İttifaqı (Aİ), NATO və ABŞ üçün məğlubiyyətə və dünya miqyasında rüsvayçılığa çevriləcək ki, bu da Qərb üçün tamamilə qəbuledilməzdir.
NATO-nun hərbi analitikləri hesab edirlər ki, Ukrayna Baş Qərargahı "hələ də resursları səfərbər etmək və əhəmiyyətli köçürmələr həyata keçirmək, qüvvələri cəmləşdirmək və bölmələrini maddi-texniki cəhətdən dəstəkləmək qabiliyyətinə malikdir". Bəlkə də bu son ukraynalıya qədər müharibə aparmaq deməkdir. "Müttəfiqlərin" bu yanaşması Ukraynanı sözün hərfi mənasında məhvə məhkum edir.