RUSİYA

Peskov : Kütləvi informasiya texnologiyaları nasazlığı Kremlin işinə təsir etməyib

IT nasazlığı, eyni zamanda, Rusiya hava limanlarının fəaliyyətinə təsir etməyib.
Sputnik
BAKI, 19 iyul — Sputnik. "Microsoft Windows" əməliyyat sistemindəki qlobal nasazlıq Kremlin fəaliyyətinə təsir göstərməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovbu barədə açıqlama verib.
Kreml rəsmisi jurnalistlərlə söhbətində "Kremldə hər şey nasazlıq olmadan işləyir" deyib.
Bundan əvvəl məlum olmuşdu ki, "Windows" sistemində qlobal nasazlıq bütün dünya üzrə aviaşirkətlərin və hava limanlarının işini iflic edib. ABŞ, Türkiyə, İspaniya, Almaniya və Avstraliyanın hava limanlarında çətinlik yaranıb.
İT nasazlığı, eyni zamanda, Rusiya hava limanlarının fəaliyyətinə təsir etməyib. Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi bunu kritik informasiya infrastrukturu obyektlərində xarici proqram təminatının idxalı əvəz etməsi ilə əlaqələndirib.