Mətbuat mərkəzi

Milli jurnalistikanın bu günü və sabahı

Bu tarix həmişə Azərbaycan jurnalistikasının bugünkü durumundan danışmaq, problemləri və perspektivlərini müzakirə etmək üçün bir fürsət olub.
Sputnik
Hər il iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bayram 1875-ci ildə görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin ilk mətbu nəşri olan "Əkinçi" qəzetinin buraxılış gününə həsr olunub.
Bu tarix həmişə Azərbaycan jurnalistikasının bugünkü durumundan danışmaq, problemləri və perspektivlərini müzakirə etmək üçün bir fürsət olub.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli iyulun 22-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində jurnalist cəmiyyətinin bu gün hansı problemlərlə üzləşdiyini və onların necə həll olunduğu barədə danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.