BAKI, 19 iyul — Sputnik. Əgər interleykin-11-in (IL-11) orqanizmdə iltihabi təsirinin qarşısı alınarsa, gözlənilən ömür uzunluğu əhəmiyyətli dərəcədə artır.
Bunu Sinqapurdakı Duke-NUS Tibb Məktəbinin alimləri müəyyən ediblər.
Onların araşdırmalarına görə, laboratoriya siçanlarında IL-11-in bloklanması onların ömrünün əhəmiyyətli dərəcədə artmasına səbəb olub və bu, oxşar dərmanların insanlarda qocalmanı ləngidə biləcəyini göstərir.
Vaxt keçdikcə bədənin hüceyrələri qocalır və parçalanır, bu da immunitet sistemi tərəfindən IL-11 kimi iltihablı molekulları ayrılmasına səbəb olur. Bu molekulların toplanması qocalmanı sürətləndirir və degenerativ xəstəliklərin inkişafına kömək edir. Alimlərin fikrincə, bu iltihabi proseslərin yatırılması qocalmanı ləngidir.
Komanda IL-11-i bloklayan dərman vasitəsi ilə gəmiricilərin ömrünü 20%-dən çox uzada bilib. Bundan əlavə, bu siçanların xərçəngə tutulma ehtimalı daha az olub.
Bundan əvvəl nevropatoloq Rustem Qayfutdinov tənbəlliyin sağlamlıq üçün mənfi nəticələrini sadalamışdı.