CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 18 iyul – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 18 iyul — Sputnik. İyulun 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 18-də kim anadan olub?
Tokay Məmmədov (1927-2018) - Azərbaycan SSR xalq rəssamı və heykəltaraşıdır. Azərbaycan heykəltaraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib. Müxtəlif illərdə ağac materialdan bir çox şair, dövlət xadimi və sadə işçilərin portretlərini yaradıb.
Tokay Məmmədov
Hacımurad Yagizarov (1939) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Arşın mal alan", "İnsan məskən salır", "Babək" və s. filmlərdə rol alıb.
Hacımurad Yagizarov
Paul Verxoven (1938) - Hollandiya və ABŞ kinorejissorudur. O, öz karyerası dövründə müxtəlif istiqamətlərdə çalışıb, lakin fantastik döyüş janrlarında olan rolları ("Robokop", "Hər şeyi xatırlamaq", ) və "Əsas instinkt" filmi aktyora şöhrət qazandırıb.
Paul Verxoven
Vin Dizel (1967) - amerikalı aktyor, kinorejissor, ssenarist və prodüserdir. O, "One Race Films", "Racetrack Records", "Tigon Studios" film istehsalı şirkətlərini təsis edib. Aktyor "Forsaj", "Qalaktika mühafizəçiləri" və s. obrazları canlandırıb.
Vin Dizel
18 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1898-ci ildə Pyer və Mariya Kyuri Paris Akademiyasında urandan sonra ikinci olan yeni kimyəvi elementin - poloniumun kəşfi haqqında məruzəni təqdim ediblər.
Mariya Kyuri
Nelson Mandela
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.