AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı zooparkı da qiymətləri qaldırdı

Bakı Zooloji Parkını ziyarət etmək istəyən xarici ölkə vətəndaşları bilet üçün 15 manat ödəməlidirlər.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Bakı Zooloji Parkında biletin qiymət bahalaşıb. Sputnik Azərbaycan-a xəbər verir ki, əvvəllər böyüklər üçün 5 manat olan bilet artıq 7 manata satılır.
Uşaqlar üçün biletin qiyməti isə dəyişməz qalıb - 2 manat.
Bakı Zooloji Parkını ziyarət etmək istəyən xarici ölkə vətəndaşları isə bilet üçün 15 manat ödəməlidirlər.
Yeni qiymətlər iTicket.az saytında yer alıb.