BAKI, 18 iyul — Sputnik. ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq. Bu barədə məlumatı Hetq nəşrinə müsahibəsində ABŞ dövlət katibinin vətəndaş təhlükəsizliyi, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya təsdiqləyib.
"Bəli, bu məlumatı təsdiq edirəm. Bu, ikitərəfli münasibətlərdə yeni strateji mərhələnin başlandığını göstərir", Zeya qeyd edib.
Bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn bildirib ki, ABŞ və Ermənistan təhlükəsizlik və müdafiə məsələləri üzrə çox aktiv və məzmunlu müzakirələr aparır.
O, həmçinin qeyd edib ki, ABŞ Ermənistan Müdafiə Nazirliyinə müşavir təyin etmək niyyətindədir.
Zeya deyib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü adı çəkilən ölkənin daxili işidir.
O deyib ki, ölkəsi rəsmi İrəvanın bu qərarına hörmətlə yanaşır:
"Ermənistan KTMT-nin üzvü olmaqda, bizim əlaqələrimiz isə möhkəmlənməkdə davam edir".