RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya XİN: Qərb Rusiya ilə danışıqlar üçün yeni imkanları araşdırır

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, dünyanın əksər dövlətlərinin nümayəndələrinin çıxışları Rusiyanın mövqeyi ilə eyni səslənir, hamı çoxqütblülükdən, gerçək əməkdaşlıqdan danışır.
Sputnik
BAKI, 17 iyul — Sputnik. BMT Təhlükəsizlik Şurasının iclasında çıxışlar Qərbin özünün azlıqda olduğunu, qlobal çoxluğun mövqeyinin Moskvanın mövqeyi də daxil olmaqla, yekdil olduğunu göstərdi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Qərbə əl uzatmaq və ya əl uzatmamaq... Düşünürəm ki, indi vəziyyət başqadır, dünya çoxluğu bizimlə ayaqlaşır", - Zaxarova deyib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, dünyanın əksər dövlətlərinin nümayəndələrinin çıxışları Rusiyanın mövqeyi ilə eyni səslənir, hamı çoxqütblülükdən, gerçək əməkdaşlıqdan danışır.
"Özünüzə qulaq asın və görəcəksiniz ki, kollektiv Qərb azlıqdadır. Biz azlıqda olan kollektiv Qərbin özünü təcrid etdiyi qapını döyürük", - Zaxarova qeyd edib.
Xatırladaq ki, iyulun 16-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə BMT Təhlükəsizlik Şurasında nazirlər səviyyəsində açıq debat keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Qərb, BMT Təhlükəsizlik Şurasının iclasları kənarında, Ukraynada nizamlanma üzrə Rusiya ilə danışıqlar üçün yeni fürsət üçün sınaq keçirir.
O, əlavə edib ki, Qərb Rusiyanı danışıqları pozmaqda ittiham edir, öz formatlarını təşkil edir, lakin bunun nəticə vermədiyini başa düşüb.

"Heç bir Zelenski "sülh formulu" irəliləməyəcək. Bu, sülh üçün bir formul deyil. Onu dəstəkləmək üçün edilən hər şey: konfranslar, sammitlər, forumlar - hamısı tamamilə dalana dirənib", - Zaxarova qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.