RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya ilə ABŞ arasında Ukraynaya dair haqqında bildirilməyən danışıqlar olub - Lavrov

Rusiya XİN rəhbəri bildirib ki, Qərb Kiyevə silah-sursat verilməsini dayandırarsa, münaqişə bitəcək.
Sputnik
BAKI, 17 iyul - Sputnik. Rusiya və ABŞ-ın Ukraynadakı münaqişə ilə bağlı politoloqların iştirakı ilə “ikinci trek” adlanan haqqında danışılmayan müzakirələri olub. Bu barədə çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Mən sizə əminliklə deyəcəm – bizim amerikalılarla politoloqlar, lakin bir-birini tanıyan və öz hökumətlərinin siyasətini başa düşən politoloqlar vasitəsilə açıqlanmayan əlaqələrimiz olub”, - Lavrov BMT Təhlükəsizlik Şurası üçün Nyu-Yorka səfərindən sonra jurnalistlərə bildirib.

Lavrov deyib ki, bu təmaslar zamanı rusiyalı ekspertlər amerikalı həmkarlarından ABŞ-ın gələcək sülh sazişlərinə “həyatın bütün sahələrində rus dilini qadağan edən qanunların (Kiyev tərəfindən) ləğv edilməsinə” daxil edilməsini dəstəkləyib-dəstəkləməyəcəyini soruşublar.
Serqey Lavrov

"Və onlar dedilər: bilirsinizmi, biz Ukraynanın daxili işlərinə qarışmırıq, qərar vermək onların işidir", - deyə rusiyalı nazir bildirib.

Nazir bildirib ki, Ukrayna böhranının həllində reallıqlar nəzərə alınmalıdır. Qərb Kiyevə silah-sursat vurmağı dayandırmalıdır, o zaman münaqişə də bitəcək:
“Ukraynanı silahla təchiz etməyi dayandırmaq lazımdır və müharibə dayanacaq”.
Rusiya XİN rəhbəri vurğulayıb ki, referendumlar nəticəsində Rusiyanın tərkibinə daxil olan yeni regionların məsələsi “müzakirə olunmur”.

“Bütün şəraitdə biz insanları tərk edə bilmərik. Oradakı bütün ərazilər hələ azad edilməyib. Ancaq biz Rusiyaya qayıtmağa səs verən insanları rus dünyasına aid hər şeyi məhv edən bir rejimin boyunduruğu altında buraxa bilmərik”, - Lavrov qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.