RUSİYA

NATO ilə Rusiya arasında qarşıdurmada qalib olmayacaq - Slutski

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri bildirib ki, Qərb münaqişənin əsas səbəblərini görməzdən gəlir və onları aradan qaldırmaq niyyətində deyil.
Sputnik
BAKI, 17 iyul — Sputnik. NATO ilə Rusiya arasındakı qarşıdurmada qalib olmayacaq, alyansın birbaşa müharibəyə daxil olması qaçılmaz olaraq nüvə fəlakəti təhlükəsi yaradır. Bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Polşa prezidenti Anjey Dudanın Rusiyanın Ukraynada qələbəsinin Qərblə müharibəyə səbəb ola biləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirib ki, Kreml Polşa prezidentinin proqnozlarını bölüşmür.

"NATO ilə Rusiya arasında qarşıdurmada qalib olmayacaq. Alyansın müharibəyə birbaşa daxil olması qaçılmaz olaraq nüvə fəlakəti ilə nəticələnəcək", - Slutski öz Telegram kanalında yazıb.

Duma rəsmisi qeyd edib ki, Duda açıq-aydın nəticələrdən xəbərsizdir. Slutskinin sözlərinə görə, Qərb münaqişənin əsas səbəblərini görməzdən gəlir və onları aradan qaldırmaq niyyətində deyil.

"Duda isə Üçüncü Dünya Müharibəsinin atəşini alovlandırır və qəsdən eskalasiya ilə məşğuldur. Rusiya NATO-nun baş katibi Stoltenberqin bu yaxınlarda etiraf etdiyi Şimali Atlantika blokunun heç bir ölkəsini təhdid etmir. Amma Duda inadla avropalıları zombiləşdirməyə və fobiyaları qızışdırmağa davam edir", - o vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.