"Keçən il bu diviziyanın komandanlıq rotalarından biri artıq Ermənistanın Azərbaycan və İranla sərhədləri istiqamətindəki dağlarına səfər edərək onun digər diviziyalarının Cənubi Qafqaz regionuna yolunu açmışdı. Və bütün bunlar Ermənistanın hazırkı hakimiyyətinin KTMT çərçivəsində birgə təlimlərdə və MDB çərçivəsində siyasi tədbirlərdə iştirakdan imtina etməsi fonunda baş verir. İndi biz ya Ermənistan hakimiyyətinin xarici siyasət kursunun dəyişməsindən, ya da ənənəvi olaraq erməniləin Kremldən nələrsə almaq üçün böyük xarici siyasət şantajından danışa bilərik", - Kuznetsov qeyd edib.
"Bundan əlavə, Ermənistanla Rusiya arasında ümumi quru sərhədi yoxdur, ona görə də onlar arasında Ukraynadan nümunə götürən müharibə prinsipcə mümkün deyil. Təbii ki, ABŞ və NATO-nun Rusiyadakı daxili siyasi vəziyyəti erməni diasporu və ilk növbədə Rostov vilayətindəki erməni anklavları, Kuban və Stavropol, eləcə də Ermənistanın ətrafındakı erməni lobbisi vasitəsilə sarsıtması ehtimalı var. Lakin bu addımların uğurlarına ciddi ümid bəsləmək olmaz", - Kuznetsov deyib.