DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden: Vitse-prezidentliyə namizəd Cey Di Vens Trampın klonudur

İyulun 15-də keçmiş ABŞ lideri Donald Tramp Ohayo ştatından senator Cey Di Vensi vitse-prezidentliyə namizəd seçib.
Sputnik
BAKI, 17 iyul — Sputnik. ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Cey Di Vensi Donald Trampın tam "klonudur". Bu açıqlama ilə ABŞ lideri Co Bayden çıxış edib.

"Bütün məsələlərdə Trampın klonu. Mən heç bir fərq görmürəm" - o, jurnalistlərə bildirib.

İyulun 15-də keçmiş ABŞ lideri Donald Tramp Ohayo ştatından senator C.D.Vensi vitse-prezidentliyə namizəd seçib. Siyasətçinin sözlərinə görə, Vens "texnologiya və maliyyə sahəsində çox uğurlu karyera qurub".
Cey Di Vens kimi tanınan Ceyms Devid Vens 2 avqust 1984-cü ildə anadan olub. O, 2009-cu ildə Ohayo Dövlət Universitetini, 2013-cü ildə isə Yelsk Hüquq Məktəbini bitirib. Keçən yanvar ayında o, Ohayodan senator olub.
Bundan əvvəl Respublikaçıların Milli qurultayı Donald Trampın ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.