BAKI, 17 iyul — Sputnik. Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 39, 96 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nazim Hikmət küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.