TƏHLİL

Zelenski Rusiya ilə danışıqları qadağan etmək qərarına yenidən baxa bilər - ekspert

Təhlilçinin fikrincə, burada məntiqi həll yolu iki ölkənin seçdiyi ekspertlərin qeyri-rəsmi görüşünün üçüncü ölkədə keçirilməsidir.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Vladimir Zelenski Ukraynadakı münaqişənin həlli üçün Rusiya tərəfi ilə danışıqları qadağan etmək qərarına yenidən baxa bilər. Bunu türkiyəli analitik Engin Özer RİA Novosti-yə bildirib.
"Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, prezident Vladimir Zelenski Ukraynanı rəsmi olaraq təmsil edə bilməz, çünki onun səlahiyyət müddəti mayın 20-də başa çatır. Kiyev administrasiyası isə öz növbəsində müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyinə qərar verib və Zelenskinin səlahiyyət müddətini uzadıbİndiyə kimi iki ölkənin rəsmi nümayəndələri arasında görüşlərin keçirilməsi və ya sülh sazişinin imzalanması bu nöqteyi-nəzərdən mümkün deyil", - agentliyin həmsöhbəti hesab edir.
Təhlilçinin fikrincə, burada məntiqi həll yolu iki ölkənin seçdiyi ekspertlərin qeyri-rəsmi görüşünün üçüncü ölkədə keçirilməsidir.
"Ekspertlər istefada olan diplomatlar, hərbi qulluqçular və vəzifədən kənar jurnalistlər arasından seçilə bilərdi. Razılaşmalar əsasında əldə edilən və hər iki tərəfin ekspertlərinin öz ölkələrinə çatdıracaqları protokol sülh sazişinin əsasını təşkil edə bilər. Əgər Razılıq əldə olunarsa, Rusiya Zelenskinin səlahiyyətlərini tanımamaq qərarına yenidən baxa bilər və Zelenski sülh danışıqlarını qadağan etmək qərarına yenidən baxa bilər, əgər razılıq əldə olunarsa, bu, bütün əvvəlki qərarlara yenidən baxmaq üçün çox əsaslı səbəb olacaq".
Kreml bəyan edib ki, Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsində vəziyyətdən çıxış yolları axtarmaq tamamilə məntiqsiz, perspektivsiz və faktiki olaraq vaxt itkisidir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi.
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kremlin bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri qəbul edilərsə,, Ukraynadakı vəziyyət dinc istiqamətə keçə bilər.