RUSİYA

Peskov: Rusiya ABŞ-dakı vəziyyətdən narahatdır

İyulun 13-də ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyatına qəsd edilib.
Sputnik
BAKI, 16 iyul — Sputnik. ABŞ prezident seçkiləri öncəsi daxili siyasi arenada zorakılıq bütün dünyanı, o cümlədən Rusiyanı narahat edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, iddia edir ki, ABŞ hakimiyyəti müdafiəyə dəlicəsinə pul xərcləyir.
"Birləşmiş Ştatlar dünyanın ən böyük iqtisadiyyatıdır, hərbi cəhətdən ən güclü ölkədir və Müdafiə Nazirliyinə digər ölkələrlə müqayisədə daha çox pul xərcləyir. Belə bir ölkədə seçki kampaniyası zamanı daxili siyasi arenada zorakılıq hökm sürməyə başlayanda bu, bütün dünyanı, o cümlədən Rusiyanı narahat edən məsələdir", - Kreml nümayəndəsi Zvezda kanalına bildirib.
İyulun 13-də ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyatına qəsd edilib. Hadisə onun Pensilvaniyada seçki kampaniyası zamanı baş verib. Güllə siyasətçinin sağ qulağına dəyib, o, başqa xəsarət almayıb. Hadisə iştirakçılarından biri ölüb, ikisi yaralanıb. Atəş açan şəxs yerindəcə öldürülüb. Dünən, iyulun 15-də cənab Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülüb.