BAKI, 16 iyul — Sputnik. İxrac gəlirlərinin məcburi qaytarılması həddinin yenidən azaldılması qərarı effektivdir. Bu barədə Rusiya Baş nazirin müavini Aleksandr Novak deyib. Onun sözlərinə görə, iyun ayında hökumət həddi 80%-dən 60%-ə, iyulda isə 40%-ə endirib.
"Biz indicə hökumətlə 60%-dən 40%-ə endirmək barədə qərar qəbul etdik. Ona görə də bu, hələlik mövcud olan və bizim fikrimizcə, hazırkı vəziyyətdə effektiv olan yeganə həll yoludur", - Novak Qafqaz İnvestisiya Forumunda bildirib.
Valyutaların məcburi repatriasiyası və xarici valyuta gəlirlərinin satışı 2023-cü ilin oktyabrında tətbiq edilib. Bu ilin aprelində tədbir bir il müddətinə, 2025-ci il aprelin 30-dək uzadılıb. İlkin olaraq ixracatçılardan xarici ticarət müqavilələri üzrə alınan xarici valyutanın ən azı 80%-ni öz hesablarına köçürmələri tələb olunurdu. İyun ayında hədd 60%-ə, iyulda isə 40%-ə endirilib. Hökumətin iyul tarixli qərarında deyilir ki, qərar milli valyutanın məzənnəsinin sabitləşməsi və valyuta likvidliyinin kifayət qədər səviyyəsinə nail olunması nəzərə alınmaqla qəbul edilib.