RUSİYA

Lavrov BMT Baş Assambleyasında çıxış edəcək

Lavrov ötən il də yüksək səviyyəli həftədə Rusiya nümayəndə heyətinə rəhbərlik edib.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Baş Assambleyanın 78-ci sessiyasının sədrinin ofisinin dərc etdiyi cədvələ əsasən, sentyabrın 28-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində çıxış etməyi planlaşdırır.
Rusiya mediası bu barədə xəbər verib.
Həmçinin həmin gün cədvələ uyğun olaraq Kuba, Qazaxıstan, Avstraliya, Norveç, Meksika, Macarıstan, Çin, Almaniya, Belarus və Azərbaycan nümayəndələri öz sessiyalarını keçirəcəklər.
Lavrov ötən il də yüksək səviyyəli həftədə Rusiya nümayəndə heyətinə rəhbərlik edib.
Bundan əvvəl Sergey Lavrov ABŞ-dakı seçki kampaniyasını "kədərli tamaşa" adlandırıb.