DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hərbi münaqişənin qarşısını almaq üçün nüvə silahına ev sahibliyi edirik - Lukaşenko

Belarusu bəzən vəziyyəti gərginləşdirdiyinə görə qınayırlar, baxmayaraq ki, o, əslində təhlükəsizliyini təmin edir.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Belarus hakimiyyəti xarici qüvvələrin ölkəni hərbi münaqişəyə sürükləməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Belta dövlət agentliyinin məlumatına görə, Minskdə ali hərbi təhsil müəssisələrinin məzunlarının və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində Lukaşenko deyib ki, hərbçilər ölkənin cənub və qərb sərhədləri yaxınlığında baş verənlərdən yaxşı xəbərdardırlar. Onun sözlərinə görə, mahiyyət etibarı ilə belaruslar 80 il əvvəl öz əcdadları ilə eyni vəziyyətdə olublar.
"Bunun üçün lazım olan hər şeyi edirik, o cümlədən ən dəhşətli şeyə - nüvə silahına ev sahibliyi edirik", - Lukaşenko deyib.
O qeyd edib ki, Belarusu bəzən vəziyyəti gərginləşdirdiyinə görə qınayırlar, baxmayaraq ki, o, əslində təhlükəsizliyini təmin edir, 1941-ci il faciəsinin təkrarlanmasının qarşısını almaq üçün müdafiə qabiliyyətini gücləndirir:
"Biz silahlı qüvvələrimizi inkişaf etdirməyə, gücləndirməyə və təkmilləşdirməyə davam edəcəyik, həmçinin hərbi əməliyyatlar təcrübəsini nəzərə alaraq, belaruslar müharibə istəmir, amma hər biriniz bunu öyrənməlisiniz Bu, bizim prinsipial mövqeyimizdir".