DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Nazirlər Kabineti ilə İraqın vasitəçiliyini müzakirə edəcək - KİV

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, o, Suriyanın milli maraqlarına cavab verərsə, türkiyəli həmkarı ilə görüşə hazırdır.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Nazirlər Kabineti ilə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını, xüsusilə İraqın bu prosesdə ehtimal olunan vasitəçiliyini müzakirə edəcək. Bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Daha əvvəl Ərdoğan bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və həmkarları Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması, Türkiyə və Suriya liderləri arasında danışıqların həyata keçirilməsi üçün "yol xəritəsi" müəyyən edir. Türkiyə prezidenti bildirib ki, Fidan Əsədlə görüşü üçüncü ölkədə təşkil etmək səlahiyyətinə malikdir. Suriya Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, bu proses 2011-ci ildən əvvəl mövcud olan münasibətlərə qayıdış əsasında olmalıdır.
"Gözlənilir ki, Nazirlər Kabinetinin iclasında Suriya ilə münasibətlərin normallaşdırılması prosesi, xarici işlər naziri Hakan Fidanın həmsöhbətləri ilə görüşləri, İraqın vasitəçilik təklifi və gələcəkdə izlənilməli olan "yol xəritəsi" müzakirə olunacaq", məlumatda deyilir.
Suriya prezidenti Bəşər Əsəd bildirib ki, o, Suriyanın milli maraqlarına cavab verərsə, türkiyəli həmkarı ilə görüşə hazırdır.
Ərdoğan daha əvvəl demişdi ki, ölkələr arasında diplomatik münasibətlərin olmaması üçün heç bir səbəb yoxdur. Onun sözlərinə görə, Ankara Dəməşqin daxili işlərinə qarışmaq niyyətində deyil. Əsəd iyunun 26-da Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşündə qeyd edib ki, Suriya Türkiyə ilə münasibətləri ilə bağlı ölkənin suverenliyinə hörmət əsasında bütün təşəbbüslərə açıqdır.
Lavrentiev RİA Novosti-yə müsahibəsində deyib ki, Moskva Ankara və Dəməşqə iki tərəf arasında münasibətlərin normallaşdırılması üçün "yol xəritəsi" layihəsini təhvil verib və qeyd edib ki, onlar düzəlişlər edə bilərlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl yol xəritəsinin prioritet mövzuların açıqlayıb. O bildirib ki, Suriya hökumətinin bütün ölkə ərazisində nəzarətinin bərpası, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, sərhədyanı hücumların və terror aktlarının qarşsının alınması əsas vəzifələrdir.