BAKI, 16 iyul — Sputnik. ABŞ Prezidenti Co Bayden, ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedinin təhlükəsizliyini təmin etməyi əmr edib.
Bunu ABŞ Daxili Təhlükəsizlik Naziri Alexandro Mayorkas deyib.
Mayorkasın sözlərinə görə, ABŞ lideri ona Gizli Xidmətlə əməkdaşlıq edərək kiçik Kennedinin müdafiəsini təşkil etməyi tapşırıb.
Öldürülən Prezident Con Kennedinin qardaşı oğlu noyabr seçkilərində müstəqil namizəd kimi iştirak edir. Bu qərar digər namizəd Donald Trampın seçicilərlə görüşü zamanı sui-qəsddən sonra verilib.
Xatırladaq ki, sui-qəsd cəhdindən sonra ABŞ prezidentliyinə namizəd Donald Tramp şəxsən kiçik Robert Kennedinin Gizli Xidmətin mühafizəsi ilə təmin edilməsinə çağırıb. Tramp izah edib ki, kiçik Kennedinin "Kennedi ailəsinin tarixini nəzərə alaraq" təhlükəsizliyinin təmin edilməsinə ehtiyacı var.