HADİSƏ

Xəzərdə batan şəxsin axtarışlarına helikopter cəlb olunub - VİDEO

Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin 108 saylı orta məktəbin 10a sinif şagirdi Məhəmməd Nəsirov adlı yeniyetmə olduğu bildirilir.
Sputnik
BAKI, 15 iyul — Sputnik. Bakının Bigəh qəsəbəsində batan şəxsin axtarışlarına helikopter cəlb olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.
Ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Həmin şəxsin 108 saylı orta məktəbin 10a sinif şagirdi Məhəmməd Nəsirov adlı yeniyetmə olduğu bildirilir.
Əlavə məlumat veriləcək.