MƏDƏNİYYƏT

“O səs Özbəkistan”da oxunan "Bayatı-Şiraz" hamını şoka salıb

“The Voice” beynəlxalq vokal layihəsinin lisenziyalı özbək versiyasının iştirakçılarından biri “Bayatı Şiraz” muğamı ilə mədəniyyət nazirini belə valeh edib.
Sputnik
BAKI, 15 iyul - Sputnik. “The Voice” beynəlxalq vokal layihəsinin lisenziyalı özbək versiyası olan “Ovoz” vokal layihəsinin iştirakçılarından biri “Bayatı Şiraz” muğamını ifa edib.
“Ovoz” verilişinin iştirakçısı Dilnoza Akbarova “Bayatı Şiraz” ifası ilə təkcə layihənin peşəkar münsiflər heyətini və studiyadakı tamaşaçıları deyil, müğənninin İnstaqram (Instagram) səhifəsində coşğulu şərhlər yazan azərbaycanlı sosial şəbəkə istifadəçilərini də valeh edib.
Qeyd edək ki, “Səs” verilişinin özbək versiyasının münsiflər heyətinə əfsanəvi “Yalla” qrupunun rəhbəri Fərrux Zakirov, Özbəkistanın əməkdar artisti Sevara Nəzərxan, “Bolalar” qrupunun solisti Tahir Sodikov və xalq artisti, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov daxildir.
“Bayatı-Şiraz” yeddi əsas Azərbaycan muğam dəstgahlarından və muğamın ən geniş yayılmış formalarından biridir. Bu muğamın xarakterini vaxtilə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli “kədər” sözü ilə ifadə etmişdi.
“Bayatı-Şiraz” muğamının müasir improvizəsi “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevə məxsusdur. Bu versiyanı ilk dəfə “Qarabağ bülbülləri” ansamblının üzvü Tacir Şahmalıyev ifa edib.
2021-ci ildə Şuşada keçirilən "Xarı bülbül" festivalında Kənan Bayramlının ifasından sonra yenidən populyarlaşıb.