RUSİYA

Kreml Putinin təhlükəsizliyinin lazımi səviyyədə qorunduğunu açıqlayıb

Peskov deyib ki, Rusiya prezidentinin təhlükəsizliyi beynəlxalq gərginliyin artması nəzərə alınmaqla qorunur.
Sputnik
BAKI, 15 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunub, beynəlxalq gərginlik nəzərə alınmaqla lazım olan hər şey edilir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Dövlət başçısının təhlükəsizliyi, təbii ki, ümumilikdə beynəlxalq gərginliyin artması nəzərə alınmaqla, lazımi səviyyədə təmin edilir" - Peskov Trampa edilən hücumdan sonra təhlükəsizlik üçün görüləcək tədbirlərlə bağlı suala cavabında deyib.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd eks-prezident Donald Tramp ötən həftə silahlı hücuma məruz qalıb. O, Pensilvaniyada ictimaiyyət qarşısında çıxışını yarımçıq kəsib. Tramp qulağından vurulub və çoxlu qan itirib.
ABŞ Məxfi Xidməti səhnəyə doğru bir neçə dəfə atəş açan şübhəlini öldürdüyünü bildirib.
Mintinqə qatılanlardan biri, 50 yaşlı keçmiş yanğınsöndürən atışma zamanı həlak olub, daha iki nəfər isə ağır yaralanıb.
Bundan əlavə, bir müddət əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov (terrorçu və ekstremist şəxslər siyahısındadır) Ukrayna xüsusi xidmət orqanlarının Putinə sui-qəsd cəhdinin uğursuz olduğunu bildirib.
10.03.24, 16:39
Kreml Putinin təhlükəsizliyinin səfərə gedəndə yemək yeyərkən belə qorunduğunu açıqlayıb
Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya liderinin təhlükəsizliyi, o cümlədən, səfərlərdə qida qəbulu zamanı etibarlı şəkildə təmin edilir.
Qeyd edək ki, martın 5-də Putin Stavropol diyarına səfəri zamanı istixana kompleksinin işçiləri ilə nahar edib, ona şorba, kartof püresi və həmin istixanada yetişdirilən tərəvəzlər təqdim olunub.